Akademiya

Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi[1]; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur.

Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi.

Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır.

  1. "Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli Qanunu Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine  (az.)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search